“Həmin çempionatda mən də qol vuraram”
10.04.2010 - 18:33
“Həmin çempionatda mən də qol vuraram”
“Leandro Qomeş hansı çempionatda, hansı klubda oynayır?” Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis bu gün Unibank Premyer Liqasının XXVII turunda Sumqayıtda keçirilən “Standard” – “Simurq” (3:1) görüşünü izləyib. Qarşılaşmadan sonra Foqts əməkdaşımızın son vaxtlar Rio-de-Janeyro ştatının çempionatında - Kariokada məhsuldar futbolçular arasına düşən Qomeşin yenidən yığmaya cəlb olunub-olunmayacağı ilə bağlı sualını cavablandırıb. Məşqçinin sözlərinə görə, vaxtilə milli komandamızda oynamış braziliyalının xidmətində maraqlı deyil: “Həmin çempionatda oynasam, mən də qol vuraram. Bu səbəbdən Qomeşi milli komandaya çağırmıram”.

Qeyd edək ki, ölkəmizdə “Bakı”, “Karvan” və “Olimpik-Şüvəlan” klublarının şərəfini qoruyan Qomeş milli komandada keçirdiyi 18 oyunda qol vura bilməyib.