Kaxaber Sxadadze: Bəziləri elə düşünürdü ki...
10.04.2010 - 20:15
“Qəbələ” ilk “altılığ”a düşəndə bəziləri elə düşünürdü ki, bu komandanı asanlıqla məğlub edə biləcəklər. Lakin, öz oyunları ilə hamının yanıldığını göstərdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasının XXVII turunda bu gün “Qəbələ” ilə səfər oyununda 2 xal (1:1) itirən paytaxt təmsilçisinin çalışdırıcı rəqibi tərifləyib: “Fiziki futbol oynayır, xüsusi ilə "ikinci mərtəbə"də çox gözəl oyun göstərirlər. Bu gün də bunun şahidi olduq. Qəbələyə üç xal dalınca gəlmişdik, təəssüf ki, buna nail ola bilmədik və çempionluq yarışında vacib iki xal itirdik. Oyun çox maraqlı və gərgin keçdi. Hakimlik haqqında fikir bildirmək istəmirəm”.

0
0