“Biz kimlə oynadığımızı çox yaxşı bilirdik”
10.04.2010 - 20:18
“Biz kimlə oynadığımızı çox yaxşı bilirdik”
“Biz kimlə oynadığımızı çox yaxşı bilirdik. "İnter" çox güclü komandadır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Bu gün ölkə çempionatının XXVII turunda liderlə oyunda son dəqiqlərdə vurulan qol hesabına 1 xal qazanan əyalət təmsilçisinin çalışdırıcı bildirib ki, futbolçularından razı qalıb: “Onlar qarşılarına qoyulan tapşırıqları layiqincə yerinə yetirdilər. Bu oyunda can qoydular. Hətta, bugünkü oyuna hərarətlə çıxan oyunçumuz da var idi. Çempionatın sonunadək vuruşacağıq”.

Qeyd edək ki, “Qəbələ” – “İnter” görüşündə qalib müəyyənləşməyib – 1:1.