Xalidu Sissoko şans istəyir
10.04.2010 - 20:35
Xalidu Sissoko şans istəyir
“Məşqlərimiz yaxşı keçir. Hər bir oyunçu hazırlıq prosesinə ciddi yanaşır. Hazırda komandamızda vəziyyət əladır. Bütün futbolçular sabahkı oyuna tam hazırdırlar”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Bakı”nın qapıçısı Xalidu Sissokoya məxsusdur.

Paytaxt təmsilçisi sabah Unibank Premyer Liqasının XXVI turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək. Bu qarşılaşma ilə bağlı komandasının saytına açıqlama verən seneqallı futbolçu qələbə qazanacaqlarına əmindir: “Mən özüm də komandama kömək etmək gücündəyəm. Meydana çıxmaq şansı qazansam, komandamın qələbəsi üçün əlimdən gələni edəcəyəm. Oyuna çox ciddi yanaşırıq. Məqsədimiz isə meydandan yalnız 3 xalla ayrılmaqdır. “Bakı” öz oyununu göstərə bilsə, gücünü tam meydanda qoysa, qələbə bizim olacaq”.