Kənan Kərimov 100-ə çatdı
12.04.2010 - 10:19
Kənan Kərimov 100-ə çatdı
Unibank Premyer Liqasının XXVII turu Kənan Kərimov üçün əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, “İnter”lə oyunda komandasının bərabərlik topunu vuran 34 yaşlı hücumçu milli çempionatlarda yubiley – 100-cü qolunu vurub.

Cari mövsümün startınadək 96 dəfə fərqlənən Kərimov 99-cu qolunu təxminən iki ay əvvəl vursa da, yubileyi yubanırdı. Fevralın 9-da XIX turun “Turan”la görüşündə penaltidən qol sevinci yaşayan Kənan bu dəfə də 11 metrlik nöqtəyə yaxınlaşıb 100-ə çatdı. Bütün çempionatların iştirakçısı olan azsaylı futbolçulardan biri olan “Qəbələ”nin hücumçusu yalnız 1996/97-də rəqib qapısına yol tapmayıb.

Qeyd edək ki, 1993 və 1996/97 mövsümlərində “Qarabağ”ın heyətində ölkə çempionu olan Kənan, 1993/94, 2003/04, 2005/06 mövsümlərini gümüş medalla bitirib.

Kənan Kərimov Azərbaycan çempionatlarında

mövsüm

klubu

oyun

qol

1992

Avtomobilçi (Yevlax)

26

3

1993

Qarabağ (Ağdam)

12

3

1993/94

Qarabağ (Ağdam)

7

1

1994/95

Qarabağ (Ağdam)

10

1

1995/96

Qarabağ (Ağdam)

15

2

1996/97

Qarabağ (Ağdam)

2

 

1997/98

OİK (Bakı)

4

1

1997/98

Pambıqçı (Bərdə)

12

4

1997/98

Viləş (Masallı)

6

1

1998/99

OİK (Bakı)

15

5

1998/99

Viləş (Masallı)

6

1

1999/2000

Viləş (Masallı)

19

6

2000/01

Qarabağ (Ağdam)

7

3

2000/01

Viləş (Masallı)

9

1

2001/02

Kəpəz (Gəncə)

25

14

2003/04

Şəmkir

16

19

2004/05

Turan (Tovuz)

24

15

2005/06

Karvan (Yevlax)

23

4

2006/07

Qarabağ (Ağdam)

22

4

2007/08

Qarabağ (Ağdam)

20

2

2008/09

Qəbələ

23

6

2009/10

Qəbələ

19

4

 

Cəmi

322

100