Milli komandamıza 14 futbolçu çağırıldı
12.04.2010 - 10:26
Milli komandamıza 14 futbolçu çağırıldı
Çimərik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Rusiyada keçiriləcək təlim-məşq toplanışına 14 futbolçu çağırılıb.

Aprelin 16-28-də Soçi şəhərində hazırlıq keçəcək Emil Cabbarovun yetirmələri yerli klublarla yoldaşlıq görüşlərində də qüvvəsini sınayacaq. Mütəxəssis bu qarşılaşmalarda Elvin Quliyev, Elnur Əhmədov, Emin Kürdov, İlqar Abdullayev, Renat Sultanov, Elşad Quliyev, Müslüm Hüseynov, Namiq İsgəndərov, İlham Əzizzadə, İlkin Hacıyev, Hikmət Bağırov, Seymur Məmmədov, Asif Zeynalov və Rövşən Hüseynliyə güvənəcək.