Vadim Vasilyevi kim qovub?
12.04.2010 - 11:01
Unibank Premyer Liqasının “İnter”lə oyununda özünün 100-cü qolunu vuran Kənan Kərimov Azərbaycan çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu bu həddə çatan 9-cu futbolçu olub.
Kərimov cəmi iki ay əvvəl 100-cü qolunu vuran Xaqani Məmmədovun ardından, adını ən məhsuldar futbolçular siyahısına yazdırıb. Həmyaşıd olan bu hücumçular cari mövsümədək siyahıda olan 7 qolçuya qoşulub. 100-ə çatanlar arasında yalnız bu cütlük karyerasını davam etdirdiyindən onlar siyahıda irəliləmək imkanına da malikdir. İndi Vadim Vasilyevi izləyən Xaqani ilə Kənan qovduqları veterana elə son 5 turda da çata bilər.

yer | futbolçu | qol | oyun | Orta məhsuldarlıq |
1 | Nazim Əliyev | 183 | 236 | 0,77 |
2 | Müşfiq Hüseynov | 125 | 305 | 0,40 |
3 | Rövşən Əhmədov | 116 | 290 | 0,40 |
4 | Qurban Qurbanov | 115 | 161 | 0,71 |
5 | Samir Ələkbərov | 115 | 170 | 0,67 |
6 | Alay Bəhramov | 108 | 243 | 0,44 |
7 | Vadim Vasilyev | 102 | 271 | 0,37 |
8 | Xaqani Məmmədov | 101 | 269 | 0,38 |
9 | Kənan Kərimov | 100 | 322 | 0,31 |
0
0