Vaqif Sadıqov “Neftçi” klubunun çempionatda şanslarını dəyərləndirdi
12.04.2010 - 11:15
“Komandadan ayrıldıqdan sonra ciddi bir iş görmürəm. Cəmi ay yarımdır getmişəm. Bu müddətdə təkliflərin gəlməsi real deyil. Fürsətdən istifadə edib, ailəmə vaxt ayırıram. Əlbəttə, yenə futbola xidmət etmək niyyətindəyəm. Amma hələ ki, klublardan hər hansı dəvət almamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının "Neftçi" klubunun sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
51 yaşlı mütəxəssis keçmiş komandası “Neftçi”nin çempionatda şanslarını dəyərləndirib. O bildirib ki, “Neftçi” getdikcə gərginləşən çempionatda adına layiq mübarizə aparmalıdır: “Neftçi”nin “Qarabağ”a qarşı oyununu televiziya vasitəsi ilə izlədim. Artıq bu komandanın yeni məşqçi heyəti var. Onların qarşısında yeni vəzifələr dayanır. “Neftçi” hər oyunda adına layiq şəkildə mübarizə aparmalı, istəyinə çatmalıdır. Çempionat gərgin keçir və bir qələbə hər şeyi dəyişə bilər”
Xatırladaq ki, Vaqif Sadıqov “Neftçi”nin təsnifat mərhələsində "İnter"ə 0:1 hesabı ilə uduzmasından sonra istefa verib.

0
0