Futbolçumuzun qulağını tikdilər - FOTO
12.04.2010 - 11:29
Futbolçumuzun qulağını tikdilər - FOTO
Türkiyənin Bank Asiya birinci liqasının təmsilçisi “Kartalspor”da çıxış edən həmyerlimiz Vitali Kovalyov çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, “Hacattepe” ilə matçda Vitali ciddi xəsarət alıb.

Belə ki, Vitali ilə komanda yoldaşı oyun epizodunda toqquşublar. Müdafiəçinin ayağı zərblə 33 yaşlı qapıçının qulağına dəyib. Hakimlər oyunu 5 dəqiqə dayandırıb, Vitaliyə həkim müdaxiləsinə icazə veriblər. Oyundan sonra qapıçının qulağına 3 tikiş vurulub. Hazırda özünü yaxşı hiss edən həmyerlimiz 3 gündən sonra məşqlərini bərpa edəcək. Vitali 4 ay öncə də eyni vəziyyətlə üzləşmişdi.

Qeyd edək ki, Vitalinin 90 dəqiqə meydançada olduğu görüşdə “Kartalspor” rəqibinə 3:1 hesabı ilə məğlub olub.