“Bakı” çempion, “Xəzər-Lənkəran” üçüncü...
12.04.2010 - 12:10
“Bakı” Unibank Premyer Liqasının final mərhələsində I dövrənin çempionu olub. Apasport.az saytının hesablamalarına görə, yalnız “altılıq”da keçirilən görüşləri nəzərə alsaq, ən yaxşı göstəriciyə son ölkə çempionu imza atıb. Düzdür, “Qəbələ” də şərikli lider olsa da, şəxsi oyunlarda və topların fərqinə görə bakılılardan geri qaldığından 2-ci pillədə qərarlaşıb.
Paytaxt təmsilçisi “altılığ”ın II turunda səfərdə “Neftçi”yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi postunda dəyişiklik etdi. Yeri gəlmişkən, bu, final mərhələsində komandanın uduzduğu yeganə oyundur. Bülənt Korkmazın istefasından sonra komandanı bir oyuna Məqsəd Yaqubəliyev çıxardısa, son iki görüşdə yeni baş məşqçi, digər türkiyəli - Cüneyt Biçər olub. Onun ölkəmizdə ilk qələbəsi “Bakı”nı həm I dövrənin lideri etdi, həm də uğursuzluq sindromuna son qoydu. Üstəlik, bakılılar tarixində ilk dəfə “Xəzər-Lənkəran”ı üstələməklə, 5 illik tilsimi qırdı.
Əslində, hazırkı lider “İnter” “altılıq”da uduzmayan yeganə komandadır. Ancaq final mərhələsində turnir cədvəlində bu komanda eyni xala malik olduğu “Xəzər-Lənkəran”dan qələbə və topların sayına görə geri qaldığı üçün 4-dür.
Maraqlıdır ki, “Bakı”nı yenən (1:0) “İnter”in digər rəqibləri ilə nəticələri bir qayda olaraq, 1:1 hesablı heç-heçə olub. “Xəzər-Lənkəran”la “Qarabağ” “altılıq”da səfərdə uduzmaları ilə diqqət çəkir. “Qarabağ” “altılıq”da ilk qələbəsini yalnız son turda – prinsipial rəqibi “Neftçi” üzərində qazanıb – 2:0. Həmin oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə qələbənin əsas səbəbkarı olan gürcü hücumçu Georgi Adamiya məşhurlaşdığı “Neftçi” klubunun qapısına ilk dəfə yol tapdı.

1 | “Bakı” | 5 | 2 | 2 | 1 | 5-3 | 8 |
2 | “Qəbələ” | 5 | 2 | 2 | 1 | 8-8 | 8 |
3 | “Xəzər-Lənkəran” | 5 | 2 | 1 | 2 | 6-4 | 7 |
4 | “İnter” | 5 | 1 | 4 | 0 | 5-4 | 7 |
5 | “Neftçi” | 5 | 1 | 2 | 2 | 3-5 | 5 |
6 | “Qarabağ” | 5 | 1 | 1 | 3 | 5-8 | 4 |
0
0