Milli komanda üçün 52,7 min dollar!
12.04.2010 - 12:43
Milli komanda üçün 52,7 min dollar!
Honduras yığması Azərbaycanla yoldaşlıq görüşü öncəsi 52,7 min dollar alacaq. Apasport.az saytının məlumatına görə, ölkə parlamenti tarixində ikinci dünya çempionatının final mərhələsinə qatılacaq milli komandaya bu qədər pul ayırıb.

Honduras parlamentinin rəhbərliyi hesab edir ki, bu, yığmanın oyunçu və məşqçilər ştabının üzvləri üçün bir siqnal olmalıdır. Yəni, onlar ən çətin vəziyyətdə dövlətin dəstəyindən istifadə edirlər. Göstərilən məbləğ ilk növbədə yığmanın DÇ-2010-a çıxmasına görə verilir.

Maraqlıdır ki, Honduras Futbol Federasiyasında qarşısında ultimatumla çıxış edən yığmanın baş məşqçisi Reynaldo Rueda ona və futbolçularına ümumilikdə 1,3 milyon dollar məbləğində mükafat verilməzsə, postunu tərk edəcəyini bəyan etmişdi. Onun fikrincə, bu rəhbərlik etdiyi komandaya DÇ-2010-nun final mərhələsinə çıxmağa görə verilməli olan mükafatdır. Futbol qurumunun prezidenti Rafael Leonardo Kalyexas borclu olmaları faktını etiraf etməklə yanaşı, problemi həll edəcəyinə söz vermişdi. Özü də Rueda bütün maliyyə məsələlərinin son hazırlıq mərhələsi, yəni milli komandamızla oyuna qədər həll edilməsini istəmişdi.

Qeyd edək ki, Honduras yığmamızla yoldaşlıq görüşünü iyunun 2-də Avstriyadakı hazırlıq prosesində keçirəcək.