Rəşad Sadiqovla Vüqar Nadirov Azərbaycan yığmasının məşqinə gəlmədilər
12.04.2010 - 12:47
Rəşad Sadiqovla Vüqar Nadirov Azərbaycan yığmasının məşqinə gəlmədilər
Azərbaycan milli komandasının heyətində iki dəyişiklik edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdamın “Qarabağ” klubunun futbolçuları – yarımmüdafiəçi Rəşad Sadiqovla hücumçu Vüqar Nadirov sağlıq durumunda problem yarandığından bu gün Bakıda başlayan təlim-məşq toplanışında iştirak etməyəcək. Vüqar zədəli, Rəşad isə xəstə olduğu üçün hazırlıq prosesindən kənarda qalıb.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts aprelin 16-dək davam edəcək hazırlıq prosesinə 18 futbolçu çağırmışdı.