Berti Foqts Azərbaycan milli komandasına daha iki futbolçu çağırdı
12.04.2010 - 14:02
Bakının “Neftçi” klubunun futbolçusu Cavid Hüseynov Azərbaycan milli komandasına qaytarılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts 22 yaşlı yarımmüdafiəçini bu gün Bakıda başlayan təlim-məşq toplanışına dəvət edib.
Hüseynov milli komandamıza iki il öncə məhz Foqtsun dövründə debüt edib. Alman mütəxəssis onu sonuncu dəfə ötən ilin oktyabrında Lixtenşteyn və Rusiya ilə oyunlara dəvət etmişdi. Hüseynov son vaxtlar çağırıldığı 21 yaşlılardan ibarət yığmamızda kapitan sarğısını daşıyıb.
Türkiyənin “Orduspor” klubunda çıxış edən Anatoli Ponomaryov da yığmaya dəvət olunub. 28 yaşlı hücumçu artıq Bakıda başlayan təlim-məşq toplanışında iştirak edəcək. Foqts onu ayın 15-dək davam edəcək hazırlıqlarda sınamaq qərarına gəlib.
Qeyd edək ki, Ponomaryov milli komandada keçirdiyi 16 matçda 1 qol vurub.

0
0