AFFA-da yığma üzvlərinə 20 min manat mükafat verildi
12.04.2010 - 14:05
AFFA-da yığma üzvlərinə 20 min manat mükafat verildi
Futzal üzrə Azərbaycan yığma komandasının üzvləri mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatında 4-cü yeri tutan komanda bu gün AFFA-ya dəvət olunub.

Komanda üzvlərinin hər birinə mükafat verilib. Futzalçıların AÇ-dəki oyunları mükafatların məbləğinə təsir göstərib. Belə ki, mütəmadi oynayanlara 20 min manat verilib. Ehtiyatda oturanların və oyuna sonradan daxil olanların əməyi 10 min manatla qiymətləndirilib.

Xatırladaq ki, yığmanın şərəfini qoruyanların çoxu "Araz"da çıxış edir. Bu heyət Portuqaliyanın Lissabon şəhərində keçiriləcək "Dördlər finalı"na hazırlaşır.