Amit Quluzadə Türkiyədə oynayacaq
12.04.2010 - 14:16
Amit Quluzadə Türkiyədə oynayacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Bernard Lippert Avropa çempionatının elit-raundu çərçivəsində keçiriləcək oyunlarda 18 futbolçuya güvənəcək.

Almaniyalı mütəxəssis Türkiyədə keçirilən qarşılaşmalarda Səlahət Ağayev, Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Vəfadar Quliyev, Fariz Məmmədov, Yasin Yaqubzadə, Aleksander Qross, Hacı Əhmədov, Mirhüseyn Seyidov, Araz Abdullayev, Kamil Nurəhmədov, Amit Quluzadə, Rəhman Hacıyev, Abdulla Abatsiyev, Orxan Həsənov, Tural İsgəndərov və Murad Səttarlıya bel bağlayacaq.

Qeyd edək ki, elit-raundda yığmamız IV qrupda Türkiyə, Norveç və İspaniya komandalarına qarşı mübarizə aparacaq. Komandamız aprelin 14-də Türkiyə, 16-da Norveç, 19-da isə İspaniya yığması ilə qarşılaşacaq.