Messi, pulemyot və eşşək sürüsü
12.04.2010 - 14:37
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Leonel Messinin qarşısını almağın yolu tapılıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı argentinalı hücumçunun formasını geyindiyi İspaniyanın “Barselona” klubunun keçmiş ulduz futbolçusu Xristo Stoiçkov pulemyota əl atmağı təklif edib.
Veteran bolqar yarımmüdafiəçinin fikrincə, yalnız bu yolla Messi kimi sürətli, texnikalı, qol vurmaqdan doymayan futbolçunun zərərsizləşdirmək mümkündür: “1994-cü ildə İtaliya yığmasının baş məşqçisi Arriqo Sakki demişdi ki, Stoiçkovu yalnız tapança ilə dayandırmaq olar. Bu gün Messini dayandırmaq üçün ən azı pulemyot lazımdır. “Barselona”nın “Real”ı məğlub etdiyi, Messinin qol vurduğu “El Klassiko”nu şərh etməyə ehtiyac yoxdur. Bir komanda topa sanki eşşək sürüsü kimi zərbə vurur, digəri isə futbol oynayırdı. “Real”ın yüz milyonları hətta bir qol vurmaq üçün yetərli olmadı”.

0
0