“Bəlkə də bizdən sonrakı hücumçular heç 100 qola yaxınlaşa bilməyəcəklər”
12.04.2010 - 14:59
“Qəbələ” klubunun kapitanı Kənan Kərimovun apasport.az saytına müsahibəsi
- Uzun müddətdən sonra meydana qayıdışınız uğurlu oldu. “Altılıq”da ilk oyununuzda vurduğunuz qolla lider “İnter”i büdrətdiniz. Bununla da, çempionatda rəqabəti artırdınız...
- İki aya yaxındır zədəyə görə oynamırdım. Qeyd etdiyiniz kimi, “altılıq”dakı debütümdə vacib qol vurdum və buna görə sevinirəm. Şükür Allaha, zədəm sağalıb, hər şey qaydasındadır. Baş məşqçi Ramiz Məmmədova hazır olduğumu demişdim. Son 25 dəqiqədə meydana girdim. Yaxşı ki, uduzmadıq. Əslində, “İnter”lə oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Avrokuboklara vəsiqə qazanmaq üçün bu, bizə çox lazım idi. Hardasa bəxtimiz gətirmədi deyə, qələbə qazana bilmədik. Liderlə 1:1 hesablı heç-heçə avrokuboklara şansımızı saxlayır. Bunun üçün sonadək mübarizə aparacağıq.
- Bildiyimizə görə, əvvəllər Kiyevdə məruz qaldığınız cərrahiyyə əməliyyatındakı zədə öz təsirini göstərib. Özü də sizi Kiyev “Dinamo”sunun və Ukrayna yığmasının həkimi əməliyyat edibmiş...
- “Dinamo”nun futbolçularının çoxunu həmin həkim əməliyyat edib. Dəqiq adı yadımda qalmayıb. Bildiyimə görə, professordur. 2004-cü ildə uğurla alınan həmin əməliyyatdan sonra heç bir ağrım yox idi. Həmin vaxt “Turan”ın heyətində oynayırdım və ilk dövrədən sonra əməliyyata getdim. Həmin mövsümdə yalnız son turlarda oynamışdım. Bildiyiniz kimi, indi sintetik meydançada məşq edirik, oynayırıq və bu, nəinki mənə, bütün futbolçulara çox əziyyət verir. Bu da öz təsirini göstərdi. Əməliyyat olunan qasıq nahiyəmdə ağrılar artmışdı. Köhnə ağrıları hiss edirdim. Sağ olsun, həkimin məsləhəti ilə müalicəmi uğurla tam başa çatdırdıq. İndi sağalmışam və ağrılarım demək olar qalmayıb.
- “İnter”ə 90-cı dəqiqədə penalti zərbəsindən vurduğunuz qol əlamətdar oldu...
- Həmişə komandamın qələbəsini fikirləşmişəm. Deyirlər ki, qolu 90-cı dəqiqədə vurmuşam. Ancaq sözün düzü, nə vaxt fərqləndiyimi bilmirdim. Həmin anda bir kapitan kimi məsuliyyəti öz üzərimə götürdüm və istəyimə çatdım. Komandada penalti zərbələrini demək olar mən yerinə yetirirəm. Yalnız “Qarabağ”la oyunu çıxmaq şərti ilə. Çünki həmin vaxt rəqibin qapısında qardaşım Sahil dururdu. Bu, sonradan xoşagəlməz söz-söhbətlərə gətirib çıxara bilərdi. Ona görə məsuliyyəti üzərimə götürmədim.
- Biz əlamətdar deyəndə, başqa amili nəzərdə tuturduq. Söhbət milli çempionatlar tarixində 100-cü qolu vuraraq, “100-lər” klubuna daxil olan növbəti futbolçu olmağınızdan gedir...
- Vallah, bunu indi sizdən eşidirəm. Haradasa, 100-ə yaxın qol vurduğumu bilirdim. Ancaq 100-cünü yox. Çox sağ olun ki, bunu yada saldınız, diqqətimə çatdırdınız. 100-cü qolumu, özü də lider “İnter”lə görüşdə qeyd etdiyim mənim üçün çox sevincli oldu.
- 34 yaşda 100 qol vurmağı Azərbaycan reallığında yüksək göstərici sayırsınız, yoxsa?
- Buna uğur demək olmaz. Bu göstərici 150-200 qol olsaydı, daha yaxşı olardı. Bəlkə də bizdən sonra yetişən hücumçular gəlib heç 100 qola çatmayacaqlar. Göstəricimin yüksək olub-olmadığını siz qiymətləndirsəniz, daha yaxşı olar. Allahın köməyi ilə hələ bir-iki il oynamaq istəyim var. Çalışaram ki, qollarımın sayını artırım. Zədə imkan versə, göstəricimi daha yaxşılaşdırmaq arzusundayam.
- Karyerasının son illərini yaşayan Kənan Kərimov qarşısına neçə qol vurmağı məqsəd qoyub?
- Yəqin ki, ən yaxşı halda 120 etmək olar. Qismət nədir, onu görəcəyik. Əlbəttə, vurduğum qolların sayının çox olmasını istədim. Ancaq gələcəkdə necə olacağını deyə bilmərəm.
- Azərbaycanda ən yaxşı bombardirin kim olduğunu bilirsiniz?
- Çempionatlarımız tarixində ən sərrast futbolçu?
- Bəli.
- Fikrimcə, Nazim Əliyevdir.
- Bəs onun “100-lər klubu”na neçə qolla başçılıq etdiyini bilirsiniz?
- Yox. Ancaq onu bilirəm ki, özüm reytinqdə 7-8-ci olmalıyam. Neçənci olduğumu dəqiq deyə bilmərəm. Bəlkə də qabaqdayam, yaxud arxada.
- Əslində, siyahıda 9-cu yerdəsiniz. Nazim Əliyev isə 183 qol vurub. Onu keçməyi, çatmağı real sayırsınız?
- Yox-yox. Reallıqla danışsaq, Nazim Əliyevə çatmaq, onu keçmək mümkün deyil. Çünki indi əvvəlki çempionat da deyil. O vaxt tez-tez bir oyunda 3-4 qol vurmaq mümkün idi. Ancaq indi çempionatın səviyyəsi qalxdığına, oyunlar ağır keçdiyinə görə qol vurmaq da çətinləşib.
- Çempionatda vurduğunuz ilk qolunuzu xatırlayırsınmı?
- Bəli. İlk qolumu “Neftçi”yə vurmuşam. Özü də həmin vaxt 15 yaşım var idi. Bütün bunları dəqiq bilirəm. Həmin vaxt Yevlaxın “Avtomobilçi” klubunun heyətində oynayırdım. Böyük hesablı uduzduğumuz oyunda komandamın yeganə qoluna imza atmışdım.
- Bəs vurduğunuz qollar arasında ən yaddaqalanı hansıdır?
- Düzü, bu haqda fikirləşməmişəm. Mənim üçün bütün qollar əzizdir.
- Bir oyunda beş qol da vurmusunuz...
- Doğrudur. “Şəmkir”in heyətində 2003/04 mövsümündə Sumqayıtın “Xəzər” klubuna 5 qol vurmuşdum.
- Qardaşınız Sahil Kərimova vurduğunuz qollar yadınızdadır?
- Bəli. Ona iki qol vurmuşam. Mən “Qarabağ”da, Sahil isə “Avtomobilçi”də oynayırdı. Onda vurmuşam. Bir də indiki komandamda “Qarabağ”a qarşı görüşdə.
- Yəqin ki, qardaşınıza qol vuranda sizin üçün daha təsirli olur, yoxsa?
- Həyatda qardaş olsaq da, meydançada rəqibik. Düzdür, qol vurduğum qapıçı qardaşım olduğuna görə təəssüflənmişəm. Ancaq kimə qarşı oynamağımdan asılı olmayaraq həmişə meydanda komandamın qələbəsi üçün ürəyimi qoymuşam. Daim komandamın qələbəsini fikirləşmişəm.

0
0