“Altılığ”ın mütləq rekordçusu müəyyənləşdi
12.04.2010 - 15:32
“Altılığ”ın mütləq rekordçusu müəyyənləşdi
“Muğan” Unibank Premyer Liqasının mütləq rekordçusu olub. Apasport.az saytının hesablamalarına görə, güclülər dəstəsində ikinci mövsümünü keçirən Salyan təmsilçisi final mərhələsinin ilk dövrəsindən sonra ən çox xal toplayan komandadır.

Hesabında 10 xal olan əyalət komandası bu göstəricidə hətta ilk “altılıq”da şərikli liderlər olan “Bakı” ilə “Qəbələ”dən (hərəsi 8 xal) də üstündür. “Muğan” və ən yaxın izləyici “Standard” kimi, 3 qələbə qazanmaq mükafatlar uğrunda mübarizə aparan komandalara müyəssər olmayıb.

Maraqlıdır ki, bu iki komanda çempionatın sonuna 5 tur qalmış turnir cədvəlində son pillələrdə - müvafiq olaraq 10 və 11-ci pillələrdə yer alıblar və Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. “Simurq ikinci “altılığ”ın lideri olsa da, bu, ilk mərhələdə toplanan xallar hesabınadır. Zaqatala təmsilçisi “altılıq”da cəmi 1 qələbə, onu isə evdə lider “Muğan” üzərində qazanıb – 1:0.

“Simurq” kimi, “Olimpik-Şüvəlan”a da ilk mərhələdə yığdığı xal Premyer Liqada qalmağı artıq təmin etməyə imkan yaradır. Altı illik tarixində ən zəif mövsümünü keçirən “Karvan” isə həm “altılıq”da, həm də yekunda sonuncudur. Final mərhələsində qələbə qazanmayan yeganə komanda olan Yevlax təmsilçisinin birinci diviziona düşməsi böyük ölçüdə həll olunub.

1

“Muğan”

5

3

1

1

5-3

10

2

“Standard”

5

3

0

2

9-7

9

3

Olimpik-Şüvəlan

5

2

1

2

9-5

7

4

“Turan”

5

2

1

2

7-8

7

5

“Simurq”

5

1

2

2

2-6

5

6

“Karvan”

5

0

2

3

1-4

2