Roje Milla Dünya Kubokunu İstanbula gətirdi
12.04.2010 - 16:41
Roje Milla Dünya Kubokunu İstanbula gətirdi
CAR-da keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində qalib komandaya veriləcək kubokun səyahəti başa çatır. Apasport.az saytının məlumatına görə, 84 ölkənin 92 şəhərinin gəzəcək baş mükafatın 78-ci dayanacağı İstanbuldur.

FİFA-nın xüsusi təyyarəsi ilə kuboku Türkiyəyə dünya çempionatının finalında 42 yaşında qol vuran ən yaşlı futbolçu – kamerunlu Roje Milla Yunanıstandan gətirib.

Kubok aprelin 14-də “Coca-Cola”nın Türkiyə üzrə prezidenti Frayman Monilasın, FİFA İcraiyyə Komitəsinin üzvü Şenes Erzikin və digər idman rəsmilərinin “qəbulunda olacaq”.

Bir gün sonra isə kubok İstanbuldakı futbolsevərləri 1 araya toplayacaq. Azarkeşlər xüsusi çadırlarda yarışla bağlı sərgi ilə tanış olacaq və dünya kuboku ilə şəkil çəkdirmək imkanını qazanacaqlar.

Qeyd edək ki, 2010-cu ildə təşkil ediləcək final yarışlarının kuboku ən çox yol qət etməsinə görə (138.902 km) yeni rekord müəyyənləşdirib.