Türkiyə yığmasında yeni qapıçı - FOTO
12.04.2010 - 17:50
Türkiyə yığmasında yeni qapıçı - FOTO
Türkiyə yığmasının yeni baş məşqçisi Qus Hiddink Superliqanın son turunda izlədiyi matçlardan sonra hələlik bir futbolçunun oyununu bəyəndiyini vurğulayıb. Apasport.az saytının məlumatına görə, holland çalışdırıcının diqqətini cəlb edən “Trabzonspor”un qapıçısı Onur Kivrakdır.

Hiddink bu komandanın “Beşiktaş”la görüşünü Türkiyə Futbol Federasiyasının baş katibi Lütfi Arıboğanla birgə izləyib və qarşılaşma başa çatdıqdan sonra Onurun məharətinə heyran qaldığını bildirib: “Onur çox yaxşı qapıçıdır. Çıxışı məni heyran etdi, onun oyununu qiymətləndirməliyik”.

Onurun 22 yaşında olmasına baxmayaraq, Hiddinkin Avropa çempionatının seçmə mərhələsində ona şans verəcəyi və hətta qapını ona etibar edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Onur Kivrak bu mövsüm “Trabzonspor”un heyətində 21 matçda (15 Superliqa, 6 kubok) qapısından 11 qol buraxıb.