Ölümdən dönən futbolçu yığmadan imtina etdi - FOTO
13.04.2010 - 10:49
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Emmanuel Adebayor kapitanı olduğu Toqo milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı hücumçu “Mançester Siti”nin rəsmi saytında yerləşdirdiyi bəyanatında qərarına Anqolada keçirilmiş Afrika Millətlər Kubokunda baş verənlərin təsir göstərdiyini bildirib.
Həmin vaxt Toqo yığmasının olduğu avtobusun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Adebayor mənəvi zərbədən hələ də qurtula bilmədiyini söyləyib. Toqolu forvardın sözlərinə görə, avtobusa hücumla bağlı acı xatirələri hələ də onu izləyir və heç vaxt bundan qurtula bilməyəcək.
Adebayor ona kapitan sarğısını həvalə etmiş millinin məşqçilər heyətinə təşəkkürünü çatdırıb. O, öz ölkəsinin yığmasını meydançaya çıxarmağı hər bir futbolçu üçün ən böyük şərəf saydığını söyləyib. Sonda hücumçu bildirib ki, Toqoda milli komandanı yeni səviyyəyə çatdırmağa qadir çoxsaylı istedadlı futbolçu var.
Qeyd edək ki, avtobus yanvarın 8-də Anqolanın Kabinda əyalətində atəşə tutulub. İnsidentlə əlaqədar Toqo yığması Afrika Millətlər Kubokundan imtina edib. Sonradan komanda öz fikrindən daşınsa da, təşkilatçılar tərəfindən rədd cavabı alıb. Emmanuel Adebayor isə millidə 38 oyuna 16 qol vurub. Onun kapitanı olduğu yığma 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında iştirak edib.

0
0