“Neftçi” islahatlara start verdi: 3 futbolçu əsas heyətdən uzaqlaşdırıldı
13.04.2010 - 11:18
“Neftçi” islahatlara start verdi: 3 futbolçu əsas heyətdən uzaqlaşdırıldı
Bakının “Neftçi” klubu üç legionerini əvəzedici komandaya göndərib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arif Əsədov son oyunlarda uğursuz nəticələri nəzərə alaraq, serbiyalı qapıçı Vladimir Miçoviç, milli komandasının da üzvü olan türkmən yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atemi əvəzedici heyətə göndərməyi qərar verib. Bundan əlavə, əsas heyətin bir sıra oyunçuları klub rəhbərliyi tərəfindən böyük məbləğdə cərimələnib.