“Altılığ”ın snayperləri: Kimin gülləsi qurtarıb?
13.04.2010 - 11:37
Unibank Premyer Liqasının final mərhələsinin bombardirlər yarışının şərikli liderləri var. Apasport.az saytının hesablamasına görə, yalnız “altılıq”da vurulan qolları nəzərə alsaq, Anatoli Doroşla Nadir Nəbiyev (hərəyə 5 qol) snayperlər arasında ən sərrastlardır.
Doroş ilk dövrənin son turunda vurduğu qolların sayını 12-yə çatdırmaqla “Neftçi”dəki rumın həmkarı Adrean Neaqanı keçdi və vahid lider oldu. 26 yaşlı moldovalı hücumçu eyni zamanda, “altılıq”da yeganə het-trikin müəllifidir. Maraqlıdır ki, Doroş bunu şərikinin komandası, yəni “Turan”la oyunda reallaşdırıb. Nadirin Anatolidən üstünlüyü “altılıq”da daha çox oyunda (4) qol vurmasıdır. Təcrübəli hücumçu bu baxımdan “altılıq”da mütləq rekordçudur.
Doroşla Nəbiyevin ikinci “altılıq”da çıxış etdiyini nəzərə alsaq, mükafatlar uğrunda mübarizə aparanlar bombardirlər yarışında fərqlənə bilmirlər. İlk “altılıq”da ən çox qol vuran qış fasiləsində “Qarabağ”a keçən Georgi Adamiyadır – 3 qol. Maraqlıdır ki, gürcü hücumçu final mərhələsi başlayana kimi cari mövsümdə rəqib qapısına yol tapa bilməmişdi. Ona şərik olan milli komandamızın hücumçusu Fərid Quliyev isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. “Standard”ın 24 yaşlı hücumçusu cari mövsümdə ən çox qol vuran (9) azərbaycanlı futbolçu olması ilə öyünə bilər. “Muğan”ın vaxtilə yığmamızda oynamış təcrübəli futbolçuları Vüsal Hüseynovla Fərrux İsmayılov adətən eyni oyunda fərqlənirlər. Özü də həmin görüşlərdə bir qayda olaraq Vüsal ilk, Fərrux sonrakı qolu vurur və komandaları 2:1 hesablı qələbə qazanır.
Qeyd edək ki, siyahıda ən az 2 qol vuran futbolçuları göstərilib. Bunlar arasında turnir cədvəlində başçılıq edən “İnter”lə son yerdə gedən “Karvan”dan futbolçunun olmamağı diqqət çəkir. Lider və autsayderin futbolçuları “altılıq”da hərəyə bir qol vurub.
Unibank Premyer Liqasında final mərhələsinin bombardirləri
Anatoli Doroş (“Olimpik-Şüvəlan”), Nadir Nəbiyev (“Turan”) – 5
Georgi Adamiya (“Qarabağ”), Fərid Quliyev (“Standard”) – 3
Allan Lalin (“Xəzər-Lənkəran”), Fabio Luis Ramim, Jaba (hər ikisi “Bakı”), Adrean Neaqa (“Neftçi”), Milan Antiç, İqor Melnik (hər ikisi “Qəbələ”), Elşən Məmmədov (“Simurq”), Klaudiano Alveş dos Santos (“Olimpik-Şüvəlan”), Peter Kolevole (“Turan”), Vüsal Hüseynov, Fərrux İsmayılov (hər ikisi “Muğan”), Rikelme Çappa (“Standard”) – 2

0
0