Görüş vaxtını dəyişmək olmaz
13.04.2010 - 12:05
Görüş vaxtını dəyişmək olmaz
Unibank Premyer Liqasında növbəti turun oyunların başlanma vaxtı açıqlanıb. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən tur olduğu kimi, XVIII turunun görüşləri də eyni saatda başlayacaq.

Fərq ondadır ki, bu dəfə oyunlar şənbə və bazar günlərinə bərabər sayda paylanıb.

Qeyd edək ki, keçən tur 6 oyundan 4-ü şənbə, 2-si ertəsi keçirilmişdi.

17 aprel

16:00. "Qəbələ" - "Xəzər-Lənkəran"

Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası

16:00. "Qarabağ" - "Bakı"
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Karvan" - "Simurq"
Yevlax. Şəhər stadionu

18 aprel

16:00. "Standard" - "Olimpik-Şüvəlan"

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

16:00. "Muğan" - "Turan"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Neftçi" - "İnter"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu