“Azərbaycan yığması bizə uyğun rəqibdir”
13.04.2010 - 19:13
“İspaniya, Norveç və Azərbaycan yığmasının da yer aldığı qrupdan çıxıb, Türkiyəni Avropa çempionatının final mərhələsində təmsil etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin 19 yaşlılardan ibarət yığma komandasının (U-19) baş məşqçisi Kamal Özdəş deyib.
Sabah Əskişəhərdə startı veriləcək Avropa çempionatının elit-raundunda ilk oyununu Azərbaycana qarşı keçirəcək meydan sahiblərinin çalışdırıcısı iddialıdır: “Ölkəmizi bu turnirdə ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Atatürk stadionunda Azərbaycanla görüşdə azarkeşlərin dəstəyini gözləyirik”.
Özdəş vaxtilə Türkiyə yığmasını çalışdırmış, indi isə aşağı yaş qruplarına cavabdeh olan tanınmış həmkarı Ərsun Yanalla heyətlə bağlı fikir mübadiləsi apardığını söyləyib: “Heyətin təşkilini Ərsun Yanalla birgə gerçəkləşdirdik. İspaniya yığması əsasən “Barselona”nın futbolçularından qurulan bir heyətlə gəldi. Norveç və Azərbaycan yığması bizə uyğun rəqibdir. Fərqli oyun üslubuna malik komandalarla görüşəcəyik”.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu Bakı vaxtilə saat 18:00-da başlayacaq.

0
0