Milli komanda “Neftçi” ilə heç-heçə oynadı
13.04.2010 - 17:35
Bu gün Azərbaycanın 16 yaşlılardan ibarət yığması (U-16) “Neftçi”nin U-17 komandası ilə yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Şağan Olimpiya Kompleksindəki görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Nurlan Əhmədov qol vurub.
Oyundan sonra hər iki komandasının baş məşqçisi AFFA-nın rəsmi saytına fikrini bildirib. U-16-ın baş məşqçisi Təbriz Həsənovun sözlərinə görə, bu oyun Gürcüstanla görüşə hazırlıq məqsədi daşıyırdı: “Ona görə də rəqib qismində özümüzdən bir yaş böyüklərlə qarşılaşdıq. Hər iki hissədə fərqli heyətə şans verdim. Taktiki cəhətdən çatışmazlıqlarımız var. Gürcüstanla oyuna qədər onları aradan qaldırmağa çalışacağıq”.
“Neftçi”nin baş məşqçisi Rüfət Quliyev də oyunun hazırlıq xarakteri daşıdığını bildirib: “Təlim-məşq toplanışından sonra uşaqları yoxlamaq istəyirdik. U-16-ın qarşıda 2 yoxlama oyunu olacaq. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

0
0