Sərvət çətin durumda
13.04.2010 - 18:52
Türkiyə millisinin Azərbaycan əsilli üzvü Sərvət Çətin artıq “Qalatasaray”dan gedəcəyini dəqiqləşdirib. Apasport.az saytının xəbərinə görə heç vəchlə baş məşqçi Frank Raykaardın etimadını qazana bilməyən, onunla mütəmadi problemlər yaşayan təcrübəli müdafiəçi komandadakı vəziyyətinin düzələcəyinə inanmır.
Məhz bu üzdən hələ xeyli müddət əvvəl “Cim Bom”u tərk etmək eşqinə düşən futbolçu “Diyarbəkirspor”la qarşılaşmadan sonra verdiyi açıqlamada bununla bağlı qəti qərarını açıqlayıb: “Komandada 4 mərkəz müdafiəçisi var. Amma baş məşqçinin niyə Hakan Baltanı həmin mövqedə oynatmasının səbəbini heç cür anlaya bilmirəm. İstənilən halda, mövsümün sonunda getmək istəyirəm. Ümid edirəm ki, uyğun şərtlər və dəvətlər olar. Onsuz da burda qaldığım müddətdə nə etsəm də, Raykaardın gözünə girə bilmirəm. Komandadakı yaxın dostlarım matç saatına qədər mənim oynayıb-oynamayacağımın qayğısını çəkir. Amma bu belə davam edə bilməz. Mütləq bu duruma son verməliyəm”.

0
0