Mark van Bommel Mübariz Mənsimovun hədəfində
14.04.2010 - 09:48
“Beşiktaş” futbolçu axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu komanda ilə yaxın əlaqələri olan həmyerlimiz Mübariz Mənsimovun bir ulduz transfer etməklə bağlı vədindən sonra İstanbul təmsilçisinin prezidenti Yıldırım Dəmirörən Avropa klubları ilə danışıqları sürdürür.
Bir müddət əvvəl Mario Qomes, Tyerri Anri və Kevin Kuranyi kimi oyunçuların keçidini həll etmək istəyən “Beşiktaş” rəhbərliyi indi də yeni “sevda”ya düşüb. Türkiyəlilər Almaniyanın “Bavariya” klubunda çıxış edən hollandiyalı Mark van Bommeli sıralarına qatmağa çalışır. Almanlarla danışıqlar bitdikdən sonra İstanbul klubunun rəsmiləri İtaliyaya üz tutacaq. “Beşiktaş” təmsilçiləri orada “İnter”in portuqaliyalı futbolçusu Rikardo Kuarejmanın transferi üçün çalışacaq.
Qeyd edək ki, İstanbul təmsilçisi Sərdar Özkan və Hakan Arılkan istisna olmaqla, heyətində olan və müqaviləsi bitəcək 7 futbolçudan 5-i və baş məşqçi Mustafa Dənizli ilə anlaşmanı da artırıb.

0
0