Rəşad Sadıqovun qapıçıları: biri irəli, biri yerində
14.04.2010 - 10:18
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə yeganə dəyişiklik bolqarıstanlı Dimitar İvankovun 39-cu qolunu vurmasıdır.
Superliqanın lideri “Bursaspor”la Türkiyə çempionluğuna doğru gedən İvankov bütün qollarını penalti zərbəsindən vurub. Siyahıda 5-ci olan Dimitar futbolçu karyerasını bitirən meksikalı həmkarı Xorxe Kamposla top fərqini artıq minimuma endirib.
Birinci olan “San-Paulo” klubunun qapıçısı Rojerio Seni hələ uzun müddət əlçatmaz qalacaq. 37 yaşlı braziliyalı qapıçının hesabında 89 qol var. Seninin karyerasını davam etdirənlər arasında ən yaxın izləyicisi elə İvankovdur.
Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov xeyli müddətdir siyahıda yer alıb. 13-cü olan 43 yaşlı veteran qapıçı 21 qoldan 12-ni penaltidən, 9-u oyundan vurub. Maraqlıdır ki, həm İvankov, həm də Sadıqov yığmamızın kapitanı Rəşad Sadıqovun keçmiş komanda yoldaşlarıdır. Rəşad həmsoyadı ilə “Turan”da, Dimitar ilə isə Türkiyənin “Kayserispor” klubunda bir yerdə oynayıb.

0
0