Berti Foqts: Bu sistem dağılacaq...
14.04.2010 - 10:34
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Unibank Premyer Liqasının hazırkı formatından narazıdır. Apasport.az saytının xəbərinə görə, bu gün jurnalistlərlə söhbətdə alman çalışdırıcı bu sistemi “normal olmayan sistem” adlandırıb: “İlk “altılıq”dakı komandalar çempionluğa oynayırlar. Amma ikinci “altılığ”ın oyunları maraqsız alınır. Bu sistem tətbiq edilərkən, ikinci “altılığ”ın oyunları nəzərə alınmayıb. Məndə olan məlumata görə, növbəti mövsümdən çempionat yeni formatda keçiriləcək. Ola bilər ki, yenə köhnə reqlamentə qayıdılsın. Məncə, 12 komandanın iştirakı ilə iki dövrəli sistem tətbiq etmək olar”.
Berti Foqts millinin futbolçularının hazırlıq durumundan danışmaq istəmədiyini söyləyib: “Mən bilirəm ki, onlar mətbuatı izləyirlər. Hansısa futbolçunu tərifləsəm, onda arxayınçılıq yarana bilər”.
Berti Foqts millinin futbolçularının hazırlıq durumundan danışmaq istəmədiyini söyləyib: “Mən bilirəm ki, onlar mətbuatı izləyirlər. Hansısa futbolçunu tərifləsəm, onda arxayınçılıq yarana bilər”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0