Qurban Qurbanovun indiyədək görmədiyi məğlubiyyət
19.04.2010 - 10:29
Qurban Qurbanov baş məşqçi karyerasında ən ağır zərbəni alıb. Apasport.az saytının hesablamalarına görə, “Qarabağ”ın 38 yaşlı çalışdırıcısı 2006-cı il yayından başladığı baş məşqçi karyerasında ilk dəfə böyük hesabla uduzub – 1:4.
Bu, Unibank Premyer Liqasının XXVIII turunda “Bakı” ilə Quzanlıdakı görüşdə qeydə alınıb. “Qarabağ”ın 18 illik fasilədən sonra Ağdamda ilk məğlubiyyəti baş məşqçisi üçün ən uğursuz nəticə ilə üst-üstə düşdü. Bundan əlavə, Qurbanovun komandaları indiyədək bir oyunda ən pis halda, 3 qol buraxmışdı.
Baş məşqçi karyerasına futbolçu kimi ən yaxşı illərini keçirdiyi “Neftçi”də başlayan Qurbanov 15 ayda böyük hesablı məğlubiyyət görmədi. 2007-ci ilin sentyabrında postundan gedən veteran hücumçu baş məşqçi fəaliyyətini 11 ay sonra “Qarabağ”da bərpa etdi. “Neftçi”nin çalışdırıcısı kimi, debütdə gümüş medal qazanan Qurbanov indiki klubu ilə ilk titulunu – Azərbaycan kubokunu qazandı. Son iki ayın 17-si tarixi “Qarabağ”ın baş məşqçisi üçün düşərli olmadı. Martın 17-də “Xəzər-Lənkəran”a uduzmaqla, Azərbaycan kubokunda mübarizədən kənarlaşan Qurbanov bir ay sonra çempionatda darmadağınla üzləşdi.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk məğlubiyyətini Ağasəlim Mircavadovdan alıb. O, həmin mövsüm “Xəzər-Lənkəran”ın çalışdırıcısı ilə çempionluq uğrunda gərgin mübarizənin sonunda uduzdu. Baş məşqçi kimi 108-ci oyununu keçirən Qurbanovun məğlubiyyəti 20-ci oldu. Onun 61 qələbəsi, 27 heç-heçəsi var. Topların fərqi 158-81 Qurbanovun xeyrinədir.
Qurban Qurbanovun baş məşqçi kimi bütün məğlubiyyətləri
“Neftçi”də
2006/07 mövsümü
Azərbaycan çempionatı
2-ci tur
10 avqust
“Xəzər-Lənkəran” – “Neftçi” – 2:1
3-cü tur
20 avqust
“Neftçi” – “İnter” – 0:1
13-cü tur
8 dekabr
“Turan” – “Neftçi” – 2:1
25-ci tur
17 may
“Olimpik” – “Neftçi” – 2:1
Azərbaycan kuboku, 1/8 final mərhələsi
Cavab oyunu
3 dekabr
“Neftçi” – “Qarabağ” – 0:1
2007/08 mövsümü
UEFA kuboku, 1-ci təsnifat mərhələsi
İlk oyun
19 iyul
“Rid” (Avstriya) – “Neftçi” – 3:1
Azərbaycan çempionatı
1-ci tur
11 avqust
“Neftçi” – “Turan” – 1:2
“Qarabağ”da
2008/09 mövsümü
Azərbaycan çempionatı
3-cü tur
23 avqust
“Standard” – “Qarabağ” – 2:1
4-cü tur
30 avqust
“Qarabağ” – “Bakı” – 0:2
6-cı tur
27 sentyabr
“Qarabağ” – “Simurq” – 0:2
16-cı tur
28 fevral
“Qarabağ” – “Standard” – 0:1
17-ci tur
7 mart
“Bakı” – “Qarabağ” – 2:0
2009/10 mövsümü
Avroliqa, 4-cü təsnifat mərhələsi
İlk oyun
20 avqust
“Tvente” (Hollandiya) – “Qarabağ” – 3:1
Azərbaycan çempionatı
İlk mərhələ
5-ci tur
20 sentyabr
“Simurq” – “Qarabağ” – 1:0
10-cu tur
7 noyabr
“İnter” – “Qarabağ” – 2:1
Final mərhələsi
23-cü tur
12 mart
“Bakı” – “Qarabağ” – 2:0
24-cü tur
21 mart
“Qəbələ” – “Qarabağ” – 3:1
26-cı tur
3 aprel
“Xəzər-Lənkəran” – “Qarabağ” – 2:1
28-ci tur
17 aprel
“Qarabağ” – “Bakı” – 1:4
Azərbaycan kuboku, 1/4 final mərhələsi
Cavab görüşü
17 mart

0
0