“Neftçi” derbinin hazırlığına başladı
19.04.2010 - 10:52
“Neftçi” Unibank Premyer Liqasının XXIX turunda qarşılaşacağı “Bakı” ilə oyunun hazırlığına başlayıb. Apasport.az saytının xəbərinə görə, komandanın ilk məşqində ötən tur “İnter”lə görüşdə iştirak etməyən futbolçular yer alacaq. Onlar bazada hazırlıq prosesində yüngül məşqlə kifayətlənəcəklər. “İnter” üzərində 1:0 hesablı qələbədə iştirak edənlər isə bərpa prosesi keçəcəklər.
Qeyd edək ki, “Bakı” – “Neftçi” matçı aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Qeyd edək ki, “Bakı” – “Neftçi” matçı aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
0
0