Rəşad Sadiqov üçün mövsüm başa çatdı
19.04.2010 - 11:01
Rəşad Sadiqov üçün mövsüm başa çatdı
Cari mövsüm “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov üçün erkən başa çatıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının hesabat turunda “Bakı” ilə matçın sonunda meydanı xərəkdə tərk edən 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi olub.

Aparılan müayinə onun diz bağlarının qırıldığını göstərib. Nəticədə futbolçu 6 həftə yaşıl meydandan kənarda qalacaq. Cari çempionatın bitməsinə bir ay da az qaldığını nəzərə alsaq, Sadiqov bu mövsüm daha oynaya bilməyəcək. Bu azmış kimi, yarımmüdafiəçi milli komandanın son toplanışları kimi, mayın sonu – iyunun əvvəlində keçiriləcək yoldaşlıq görüşlərində də kənarda qalacaq.

Qeyd edək ki, ayağında cərrahiyyə əməliyyatına ehtiyac olarsa, Sadiqovun Türkiyəyə göndəriləcəyi gözlənilir.