“Qarabağ” rəhbərliyi Qurban Qurbanovla bağlı mövqeyini açıqladı
19.04.2010 - 11:42
“Qarabağ” rəhbərliyi Unibank Premyer Liqasının XXVIII turunda azarkeşlərin baş məşqçi Qurban Qurbanovu istefaya çağırmasına münasibət bildirib. Klubun direktoru Əmrah Çəlikəl apasport.az saytına açıqlamasında qeyd edib ki, gənc çalışdırıcını istefaya göndərmək fikrində deyillər: “Məncə, bir məğlubiyyətə görə onu istefaya göndərmək düzgün deyil. Qurbanova inamımızı itirməmişik. Azarkeşlərin istefa şüarlarını mən də eşitdim. Bizim üçün belə şüarlar əhəmiyyət kəsb etmir”.
Qeyd edək ki, Qurbanov 2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi postuna gətirilib.
Qeyd edək ki, Qurbanov 2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi postuna gətirilib.
0
0