Daha bir futbolçu Berti Foqtsun siyahısından çıxarıldı
19.04.2010 - 12:07
Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu gün start götürən seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etməli olan daha bir futbolçu hazırlıqlardan kənar qalıb.
Salyanın “Muğan” klubunun yarımmüdafiəçisi Vüsal Hüseynovun toplanışa qatıla bilməməyinə zədəsi səbəb olub. O, aprelin 22-dək davam edəcək hazırlıqlar üçün baş məşqçi Berti Foqtsun açıqladığı ilkin siyahıdan çıxarılan üçüncü futbolçu olub.
Qeyd edək ki, Ağdamın “Qarabağ” klubunun futbolçuları Rəşad Sadiqovla Vüqar Nadirov da eyni səbəbdən toplanışa qatılmayıb.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0