“Karyeramda ən çətin oyun “Neftçi” – “Pünik” görüşü olub”
19.04.2010 - 12:38
“Hakimlik karyeramda ən çətin oyun “Neftçi” – “Pünik” görüşü olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı FİFA referisi Yuri Baskakov deyib.
Rusiya Premyer Liqasının hesabat turunda MOİK – “Lokomotiv” görüşü təcrübəli hakimin karyerasında 200-cü oyun olub. Baskakovun fikrincə, Azərbaycan və Ermənistan çempionlarının 5 il öncə Moskvada “Birlik kuboku” turnirindəki görüşü hakimlik dövründə xüsusi yer tutur: “Çox çətin qarşılaşma oldu. Bu, SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan komandalarının ilk və son görüşü idi. Həmin oyunda neçə vərəqə göstərdiyimi xatırlamıram. Bu, əsas deyil. Allaha şükür ki, oyun sakit bitdi. Meydanda bir dəfə də olsun qalmaqal düşmədi. Bu, böyük nailiyyətdir”.
Qeyd edək ki, “Neftçi” həmin oyunda “Pünik” üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0