Yenilməz “batalyon”
19.04.2010 - 12:45
Yenilməz “batalyon”
Unibank Premyer Liqasının XXVIII turu “Karvan” klubu üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisi “Simurq”la matçda xal qazansa da, iki futbolçusunu itirib.

Qırmızı vərəqə alan Murat Hamrayev və Ernani Pereyra komandanı 9 nəfərlə qoymaqla yanaşı, növbəti qarşılaşmada da “Karvan”a kömək etməyəcəklər. Legionerlərinin qırmızı vərəqləri üzündən yevlaxlılar 8 dəqiqə 9 nəfərlə mübarizə aparıblar.

Bu, cari mövsümdə 4-cü belə hadisədir ki, komandalardan biri 9 nəfərlə qalır. İndiyədək “Muğan” 18, “Qarabağ” 3, “Karvan” isə yalnız uzatma dəqiqələrini rəqibindən iki nəfər az heyətlə oynayıb. Yevlaxlıların ikinci dəfə 9 nəfərlə qalması isə əvvəlki oxşar hadisələrdən fərqli olub. Belə ki, ilk dəfə 9 futbolçu meydanı uduzmadan tərk edib.

Qeyd edək ki, bir komandanın 2 qırmızı vərəqə aldığı görüşlərdən 3-ü çempionat, “Xəzər-Lənkəran” – “Qarabağ” matçı isə kuboka təsadüf edib.

tarix

oyun

hesab

Meydan sahiblərinin qırmızıları

Qonaqların qırmızıları

01.11.2009

Muğan – Turan

2:3

Vüsal Hüseynov, 55; Miloş Zeçeviç, 63

Hafiz Əliyev, 81

13/02/2010

Karvan – Neftçi

0:1

Şəhriyar Rəhimov, 58; İsmayıl Məmmədov, 90

-

17/03/2010

Xəzər-Lənkəran – Qarabağ

1:0

-

Elnur Allahverdiyev, 65; Rəşad Sadiqov, 87

17/04/2010

Karvan - Simurq

0:0

Murat Hamrayev, 59; Ernani Pereyra, 82

-