İspaniya yığması milli komandamızı böyük hesabla məğlub etdi - YENİLƏNİB
19.04.2010 - 18:50
İspaniya yığması milli komandamızı böyük hesabla məğlub etdi  - YENİLƏNİB
19 yaşadək futbolçular arasında Avropa çempionatının Fransada keçiriləcək final mərhələsinə ikinci vəsiqənin sahibi bu gün müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq iki qarşılaşma ilə elit-raundun 4-cü seçmə qrupunda mübarizəyə yekun vurulacaq.

Meydan sahiblərindən sonra ikinci finalçı olmaq şanslarını nəzəri də olsa saxlayan Azərbaycan milli komandası İspaniya futbolçuları ilə görüşəcək. Qrup lideri olan pireneylilər qələbə qazanmaqla, Fransaya bilet sifariş edə bilərlər. Bernard Lippertin yetirmələri isə möcüzə sayəsində buna nail olacaq.

Günün digər matçında Türkiyə ilə Norveçin heç-heçə etməsini arzulayan komandamız ispanlara ən azı 4 qol vurmalıdır. Futbolçularımız ya 4 və ya daha çox top vurub, ən azı 3 top fərqi ilə qalib gəlməlidir. Yəni, 3:0 hesabı istisna olmaqla, istənilən böyük hesablı qələbə və skandinaviyalıların heç-heçəsi komandamızı Fransaya aparacaq.

Azərbaycan – İspaniya - 0:4
QOLLAR: Ruben Roçina, 29; 31; Tyaqo, 36 (p); Rodriqo Moreno, 70
Baş hakim: Aleksandr Kostadinov (Bolqarıstan)
Əskişəhər (Türkiyə). Anadolu Universitetinin stadionu
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Vəfadar Quliyev, 6. Mirhüseyn Seyidov, 7. Araz Abdullayev (k), 8. Yasin Yaqubzadə, 9. Orxan Həsənov, 10. Tural İsgəndərov, 15. Amit Quluzadə, 16. Hacı Əhmədov, 19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 12. Andrey Popoviç, 14. Aleksandr Qross, 17. Rəhman Hacıyev, 18. Murad Səttarlı, 20. Elgiz Kərəmli.

İspaniya: 13. Alexandro Sançes, 3. Karles Planas, 4. Xorxe Pulido, 6. Oriol Romeu, 10. Tyaqo Alkantara, 11. Daniel Paçeko, 12. Martin Montoya, 14. Ramiro Mayor, 15. Roman Fransisko, 16. Serxio Qontan (k), 18. Ruben Roçina.
Ehtiyat oyunçular: 1. Aytor Fernandes, 2. Huqo Malyo, 5. Mark Bartra, 7. Fransisko Femeniya, 8. Oskar Sielva, 9. Rodriqo Moreno, 17. Kristan Telyo.
8-ci dəqiqədə komandamızın heyətində Yasin Yaqubzadə sarı vərəqə ilə cəzalandırlır.

Daha bir futbolçumuz hakimin qəzəbinə tuş gəlib. 20-ci dəqiqədə Abdualla Abatsiyev xəbərdarlıq alır.

Baş hakim 25-ci dəqiqədə Tural İsgəndərova da xəbərdarlıq edir.

Komandamız ikinci hissəyə oyunçu dəyişikliyi ilə çıxır. Abatsiyevin əvəzinə meydana Elgiz Kərəmli çıxıb.

Kərimli də 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılır.

72-ci dəqiqədə Tural İsgəndərovu Murad Səttarlı əvəzləyir.

86-cı dəqiqədə komandamız azlıqda qalır. Fasilədən sonra meydana çıxan Kərimli ikinci sarı - qırmızı vərəqə alaraq meydandan qovulur.


Türkiyə - Norveç - 2:1
QOLLAR: Əmrə Çolak, 16; Volkan Dikmen, 64 - Stian Ringstad, 21
Baş hakim: Vlado Qlodyoviç (Serbiya)
Əskişəhər (Türkiyə). Atatürk stadionu

1

İspaniya

3

2

1

0

8-3

7

2

Türkiyə

3

2

0

1

6-4

6

3

Norveç

3

0

2

1

3-4

2

4

Azərbaycan

3

0

1

2

1-7

1