Mahir Şükürov əvəzləndi, “Anji” öz meydanında uduzdu
19.04.2010 - 18:49
Mahir Şükürov əvəzləndi, “Anji” öz meydanında uduzdu
Bu gün Rusiya Premyer Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu meydanı məğlub tərk edib.

Son iki həftəni itkisiz keçən Mahaçqala təmsilçisi doğma meydanda Rostovun eyni adlı komandasına uduzub. Həmyerlimiz ilk dəqiqələdən meydana çıxmaq şansı qazansa da, 77-ci dəqiqədə əvəzlənib.

“Anji” – “Rostov” - 1:2
QOLLAR: David Saroev, 48 - Roman Adamov, 61; Timofey Kalaçov, 86
Baş hakim: Almir Kayumov
Mahaçqala. “Dinamo” stadionu


Oyunun əvvəlində az-çox fəallıq göstərən Mahirin komandası üstünlüyü bütövlüklə rəqibinə verib. Matçın ilk yarım saatında baş verənlərdən narazı qalan dağıstanlı azarkeşlər durmadan komandanı fitə basırlar.

Sevimlilərini oyun ərəfəsində dəstəkləyəndə də bu qədər səs çıxarmayan fanatlar narazıdırlar. Onlar “Bizə yalnız qələbə lazımdır” şüarını qaldırmaqla Mahirgilin qarşısına tələb qoyur.

Hesab açıldıqdan sonra həmyerlimizin iki dəfə qol vurmaq şansı olub. 50-ci dəqiqədə Şükürovun zərbəsində dəqiqlik çatışmayıb. 3 dəqiqə sonra isə Mahir yaxın məsafədən qapıçının qaytardığı topu qapıdan keçirə bilməyib.

77-ci dəqiqədə həmyerlimiz meydanı tərk edir. Baş məşqçi ötən oyunda olduğu kimi, onu yenə Eldar Mamaevlə əvəzlədi.

Qeyd edək ki, keçirdiyi 5 oyundan sonra həm “Anji”, həm də “Rostov” 7 xal toplayıb. Əlavə göstəricilərə əsasən, rəqibindən 3 pillə geridə olan Mahirin komandası hələlik 11-ci yerdədir. Lakin bu gün qazanılacaq qələbə “Anji”ni 5-ci pilləyə yüksəlməsinə şərait yaradacaq.