Azərbaycanlı futbolçunun anasını stadiona buraxmadılar
19.04.2010 - 14:58
Türkiyə Futbol Federasiyası (TFF) Azərbaycan yığmasının sabiq futbolçusu Vitali Kovalyovun anasını məyus edib. Apasport.az saytının məlumatına görə, oğlunun çıxış etdiyi “Kartalspor”un son turdakı qarşılaşmasını izləmək üçün qonşu ölkəyə yollanan xanım arzusuna çata bilməyib.
Vitalinin komandasının “Boluspor”la ev oyununa (2:1) şahidlik etmək istəyən xanıma TFF-in qərarı mane olub. Belə ki, ötən turun "Kocaelispor"la oyununda azarkeşlərin yol verdiyi hərəkətləri iğtişaşa səbəb olmuşdu. Buna görə də TFF “Kartalspor”un 1 ev oyununu azarkeşlərsiz keçirməyə qərar vermişdi.
Dəstəkdən məhrum olan “Kartalspor” qələbəyə sevinsə də, bunu görməkdən məhrum olan fanatlar üzüntü yaşayıb. Elə Kovalyovun anası da stadiona keçmək arzusu baş tutmayanlar arasında olub.
Qeyd edək ki, Kovalyov bu matçda sarı vərəqə ilə də cəzalanıb.

0
0