Hamit Altıntopu “Atletiko”ya aparırlar
19.04.2010 - 15:23
Bundesliqanın lideri “Bavariya”nın heyətində top qovan Hamit Altıntop bu il Almaniyanı tərk edəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Altıntop növbəti mövsümdə Madridin “Atletiko” komandasında forma geyinə bilər.
Münhen təmsilçisi ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Türkiyə millisinin üzvünə bir neçə klubdan təklif gəlsə də, hələlik ispanlar daha sərfəli şərtlər irəli sürüblər.
Lakin bu mövsüm cəmi 2 dəfə 90 dəqiqə olmaqla 14 oyunda Bundesliqada iştirak edən Hamit almanların perspektivli təkliflər edəcəyi halda, klubu tərk etməyəcəyini bildirib.

0
0