“Juninyo Osvaldo futbol aləmində görünməmiş zədə alıb”
19.04.2010 - 15:37
“Juninyo Osvaldo futbol aləmində görünməmiş zədə alıb”
“Juninyo futbol aləmində görünməmiş zədə alıb. Mən məşqçilik karyeramda belə zədə görməmişdim. Bu, nə oyunda, nə də məşqdə olub. Sadəcə, Osvaldo məşqdən sonra əzələsinin bərkiməsi üzərində işləyən vaxt problemlə üzləşdi. Həmin vaxt əzələ boşalır və ehtiyatsızlıq pis fəsadlara gətirib çıxara bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Cənub təmsilçisinin braziliyalı futbolçusu Juninyo Osvaldo yeni zədə ilə üzləşdiyindən Mircavadovun planlarını pozub. 63 yaşlı mütəxəssis bildirib ki, artıq vətəninə yollanan legionerin tez sağalmasına çalışırlar: “Juninyo gözlənilmədən belə zədə ilə üzləşdi, mən onu qınamıram. İndi braziliyalı futbolçunun tezliklə sağalması, heç olmasa, mövsümün son oyunlarında bizə kömək etməsinə ümid edirik. Juninyonun həkimi bizə zəng etmişdi. Deyib ki, futbolçunun tez sağalması üçün əlindən gələni edəcək”.

Mircavaov son vaxtlar zədəli olan moldovalı legioner Denis Kalinkovun da tezliklə yaşıl meydana qayıdışını gözləyir: “Denis “Qəbələ” ilə oyunda “18-lik”də idi. Hər bir futbolçu heyətdə yer almasını ilk növbədə özü istəməli, hazırlığı ilə bunu baş məşqçisinin tələb etməlidir. Futbolçunun özünəinamı, xarakterindən çox şey asılıdır”.