UEFA AFFA ilə razılaşmır
19.04.2010 - 16:45
UEFA Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının kapitanını dəyişdirib. Apasport.az-ın məlumatına görə, qitə futbol qurumunun rəsmi saytında yığmamızın Avropa çempionatının elit-raundu çərçivəsində ispan həmyaşıdları ilə bu gün keçirdiyi oyunda kapitanı kimi Araz Abdullayevi göstərib.
Ancaq AFFA-nın rəsmi saytında açıqlanan heyətdə kapitan “Neftçi”nin digər futbolçusu - Mirhüseyn Seyidov qeyd edilib. Əslində, ilk iki oyunda – Türkiyə və Norveçlə görüşlərdə kapitan sarğısını daşıyan Mürhüseynin yenə ilk dəqiqələrdən meydana çıxdığını nəzərə alsaq, dəyişikliyi elə də lüzum yoxdur. Belə olan halda, bunu UEFA-nın səhvi saymaq olar. Ancaq digər tərəfdən, Azərbaycanın Türkiyə ilə görüşündə də təxminən belə anlaşılmazlıq yaranmışdı. Həmin vaxt bu hakimlərlə bağlı idi. Türkiyə Futbol Federasiyası baş hakimin serb, UEFA isə fransalı olacağını göstərirdi. Sonda qitə futbol qurumunun haqlı olduğu üzə çıxdı.

0
0