“Qarabağ”la oyundan çox şey asılı olacaq”
19.04.2010 - 23:01
“Qarabağ”la oyundan çox şey asılı olacaq”
“İşlərimə əlaqədar ölkə xaricində idim. “Xəzər-Lənkəran”la oyunda nələr baş verdiyini görməmişəm. Məndə olan məlumata görə, uşaqlar əzmkarlıq nümayiş etdiriblər. Futboldur, hər şey olur. Uşaqların mənə dediyinə görə, hesab 2:1 olarkən 11 metrlik olub. Ya hakim verməyib, ya da diqqətindən yayınıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Qəbələ təmsilçisinin Unibank Premyer Liqasının son turunda doğma meydanda “Xəzər-Lənkəran”a məğlub olmasına münasibət bildirən Nəcəfovun fikrincə, komandası avrokuboklara qatılmaq şansının davam etdirəcək: “Son oyundakı məğlubiyyət vəziyyəti çətinləşdirsək də, şansımız davam edir. Növbəti tur “Qarabağ”la oyundan çox şey asılı olacaq. Qarşıdakı turlarda “Qarabağ” və “Neftçi” ilə qarşılaşacağıq. Əgər iki oyunu da qələbə ilə başa vursaq, onları arxada qoya bilərik”.