Arsen Vengerə yeni müqavilə
19.04.2010 - 22:18
Arsen Vengerə yeni müqavilə
“Arsenal”ın rəhbərliyi komandanın baş məşqçisi Arsen Vengerə yeni müqavilə təklif etməyə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, fransız mütəxəssisin klubla hazırkı müqaviləsinin müddəti hələ 2011-ci ilin yayında başa çatacaq. Amma London təmsilçisi klubu ona yeni - 4 illik anlaşma təklif edəcək.

Qeyd edək ki, bu il də böyük ehtimalla heç bir titul qazanmayacaq “topçular”ın ardıcıl 5-ci dəfə mövsümü kuboksuz tamamlayacaqlarına baxmayaraq, rəhbərlik 60 yaşlı mütəxəssisin işindən razıdır. 1996-cı ildən “Arsenal”ı çalışdıran Venger 14 ildə kluba 3 dəfə Premyer Liqada çempionluğu, 4 dəfə İngiltərə kubokunu və 4 dəfə də ölkə superkubokunu qazandırıb. Bundan başqa, “topçular” onun rəhbərliyi altında Çempionlar Liqasının (2006) və UEFA kubokunun (2000) finalına qədər irəliləyiblər.