Mahmud Qurbanov: ... “Neftçi” “səddi”ni də aşacağıq
19.04.2010 - 23:07
“Son oyunlarda komandamız çox gözəl təsir bağışlayır. “Xəzər-Lənkəran” və “Qarabağ” üzərində qazandığımız qələbələr də buna bariz nümunədir. 2 ay əvvəlki ilə müqayisədə komandamız indi daha yaxşı oynayır”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Mahmud Qurbanov deyib.
Futbolçu klubun saytına verdiyi açıqlamada növbəti turda qarşılaşacaqları “Neftçi” ilə oyunda da uğurlu seriyanın davam edəcəyinə inandığını bildirib: “Bu mövsüm “Neftçi” istisna olmaqla, bütün komandalara qalib gəlmişik. Əminəm ki, növbəti turda “Neftçi” “səddi”ni də aşacağıq. Çətin oyun olacaq. Bununla belə, biz yalnız və yalnız qələbəyə köklənmişik”.
Sonda isə Mahmud Qurbanov “Bakı”nın çempionluq şansını dəyərləndirib: “Mən hər zaman demişəm ki, ümid sonda ölür. Təxminən 2-3 ay əvvəl “Bakı”nın çempion olacağına inananlar çox az idi. Amma hazırda bizi zirvədən cəmi iki xal ayırır. Heç vaxt ümidimi itirməmişəm. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunları maksimum nəticə ilə başa vursaq, titulumuzu qoruyacağıq!”

0
0