“Beşiktaş” klubundan azərbaycanlı futbolçuya rəsmi təklif gəldi
19.04.2010 - 23:11
Yayda “Qalatasaray”dan gedəcəyini rəsmən təsdiqləyən Sərvət Çətin karyerasını “Beşiktaş”da davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Zenit”, “Rubin”, “Marsel”, PSJ və “Sent-Etyenn”in maraq dairəsində olan 29 yaşlı müdafiəçiyə “ağ-qaralar”dan rəsmi təklif gəlib. Müqavilə barəsində açıqlama verilməsə də, Sərvətin “Beşiktaş”da “Qalatasaray”da aldığı maaşdan çox alacağı bildirilir.
2007-ci ildə “Sivasspor”dan transfer olunan əslən azərbaycanlı futbolçu cari mövsümdə “Qalatasaray”ın heyətində Superliqada 22 oyunda 1 qola imza atıb.
2007-ci ildə “Sivasspor”dan transfer olunan əslən azərbaycanlı futbolçu cari mövsümdə “Qalatasaray”ın heyətində Superliqada 22 oyunda 1 qola imza atıb.
0
0