Mehmet Yıldız “Qalatasaray”a keçir
19.04.2010 - 23:17
Mövsümlərarası fasilədə Jo ilə vidalaşmağı planlaşdıran “Qalatasaray” ötən ildən maraqlandığı “Sivasspor”un forvardı Mehmet Yıldızla danışıqlara başlayıb. Apasport.az saytının “Fotomaç” qəzetinə istinadən məlumatına görə, “Cim-Bom” rəsmisi Adnan Sezgin 28 yaşlı futbolçunun razılığını alıb. Onun yayda “Qalatasaray”la üçillik müqavilə imzalayacağı bildirilir.
0
0