Yığmamızın baş məşqçisi: Daha böyük hesabla uduza bilərdik
20.04.2010 - 09:30
“0:4 hesablı məğlubiyyətdən sonra nəsə demək çox çətindir. Lakin etiraf etməliyik ki, məğlubiyyətə layiq idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
Almaniyalı mütəxəssis Avropa çempionatının elit-raundunun İspaniya ilə oyunundan sonra 0:4 hesablı məğlubiyyətə izah tapmaqda çətinlik çəkib. 48 yaşlı çalışdırıcı AFFA-nın rəsmi internet saytına verdiyi açıqlamada nəticəni səviyyə fərqi ilə izah edib: “Çünki rəqiblə səviyyə baxımından ayaqlaşa bilmədik. Nə qədər acı səslənsə də, deməliyəm ki, hətta hesab daha böyük ola bilərdi. Bütün komponentlərdə – texnika, qaçışa hazırlıq, düşünülənlərin icra olunması və s. – rəqib bizdən üstün idi.
Futbolçularımızda lap aşağı yaş qruplarında öyrənməli olduqları baza bilikləri çatışmır. Bütün bunların fonunda burada topladığımız təcrübə üçün minnətdar olmalıyıq. Norveç yığması ilə oyunda qeyri-adi görünə biləcək yaxşı nəticə əldə etdik. Elit-raund bizim üçün böyük təcrübə oldu və burada çox şeylər öyrəndik. Futbolçularımız əslində, hansı səviyyədə futbol oynadıqlarını əyani şəkildə gördülər”.

0
0