“Azərbaycan yığmasına tez qol vurmağa çalışırdıq ki, işimiz asan olsun”
20.04.2010 - 09:36
19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun Türkiyədə keçirilən IV qrupunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da mübarizə apardığı qrupun qalibi İspaniya yığması olub.
Pireneylilər son qarşılaşmada millimizi 4:0 hesabı ilə darmadağın edərək, qalib adını rəsmiləşdiriblər. İlk turda Norveçi uda bilməyən (1:1), sonra Türkiyə üzərində çətin qələbə (3:2) qazanan Luis Millanın yetirmələri turdan-tura istəyinə çatıblar. Futbolçu karyerası “Barselona” (1984-1990), “Real” (1990-97) və “Valensiya” (1997-2001) klublarından ibarət olan mütəxəssis elit-raundda hansı amilin həlledici olduğunu, məhz bunun komandalar arasındakı fərqi yaratdığını açıqlayıb: “İlk matçımızda Norveçi uda bilmədik. Bunun yalnız bir səbəbi var idi. Turnirin əvvəli olduğundan bütün komandalar eyni fiziki göstəricilərə malik idi. Sonrakı oyunlarda isə yorğunluq adlı amil üzə çıxdı. Kimin fiziki cəhətdən daha hazırlıqlı olduğunu da Türkiyə və Azərbaycanla matçlar göstərdi. Onlar yorulduğundan oyunlarımız get-gedə asanlaşırdı. Sonuncularla qarşılaşmada isə əsası hesabı açmaq idi. Azərbaycan yığmasına tez qol vurmağa çalışdırdıq ki, işimiz asan olsun”.
Qeyd edək ki, Azərbaycan yığması 3 oyuna 1 xal toplayaraq qrup sonuncusu olub.

0
0